Главная | Мой профиль | Регистрация | Выход | Вход | RSS Суббота, 05.10.2024, 18:25
Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость

Главная страница




Fidan Vəzir Kəyani 1978-ci ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Əsilzadə ziyalı ailəsində boya başa çatmışdır. 1994-cü ildə ingilis təmayüllü 225 saylı orta məktəbi bitirmiş, 2000-ci ildən etibarən isə tərcüməçilik fəaliyyətinə başlamışdır. A. Korjakovun "Günbatandan gündoğanadək” siyasi kitabını doğma dilinə çevirmiş və bu kitab "Hüquq və hüquqi dövlət” adlı dərgidə dərc olunmuşdur. Gənc yazıçı-tərcüməçi Ç. Abdullayevin "Manyakın idrakı”, "Xammurapi məcəlləsi”, "Döyüşçünün yolu” və "Meymun ili” detektiv romanlarını, eləcə də, M.Druskinin "Yohannes Brams” əsərini azəri dilinə tərcümə etmişdir. Fidan Vəzir Kəyani "Şərq və Qərb; fəlsəfələrarası körpü” beynəlxalq təşkilatı ilə əməkdaşlıq edərək, Liviya yazıçısı Cübran Xəlil Cübranın "Tufan” adlı kitabından "Qəbirqazan”, "Əsarət”, "Biz və siz” hekayələrinin də tərcüməsi ilə məşğul olmuşdur. Müştərək müəllifliklə qələmə aldığı "Ürəyimin hökmü” tarixi-bədii dilogiya yazıçının ilk irihəcmli əsəridir. Sərbəst şəkildə qələmə aldığı "Çağrı” əsəri isə rus və türk dillərində yazılmış ədəbi nümunədir. Bundan başqa gənc yazıçının məişətlə bağlı məsələləri və cəmiyyətdə mövcud olan bir sıra problemləri əks etdirən "Qalay qaşıq”, "Peşəkar”, "Qadağa”, "Təkan”, "Qəbahət” , "Dəyərsiz əşya”, "Qorxu” və dini mövzunu əhatə edən "Həmsöhbətlər” adlı hekayələri də vardır. Hal-hazırda yazıçı üç dildə - azəri, türk və rus dillərində yazıb-yaradır. Tərcüməçilik fəaliyyəti baxımından isə Fidan Vəzir Kəyaninin rus və azəri klassiklərinin seçmə əsərlərindən tərcümələri mühüm yer tutur. Yazıçı-tərcüməçi bütün tərcümə mərkəzləri ilə sıx əməkdaşlıq etməklə yanaşı həm də tərcümə ilə bağlı fərdi sifarişləri də yüksək keyfiyyətlə yerinə yetirir. Bizimlə əlaqə: vezirkeani@rambler.ru, vizirkeani@mail.ru

 

 

 

Pərvin Vəzir Kəyani 1976-cı ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur. Əsilzadə ziyalı ailəsində boya başa çatmışdır. 1992-ci ildə ingilis təmayüllü 225 saylı orta məktəbi bitirmiş, Bakı Slavyan Universitetinə daxil olmuş, bu ali təhsil ocağını da fərqlənmə diplomu ilə başa vurduqdan sonra tərcüməçilik fəaliyyətinə başlamışdır. 1993-cü ildə Gənclərin Respublika Həmkarlar İttifaqının diplomu ilə təltif olunmuş və ona ictimai elmlər üzrə dövlət mükafatı laureatı fəxri adı verilmişdir. 1994-cü ildən onun siyasi-ədəbi və kriminal səpkili tərcümələri "Müstəqil qəzet”, "Meridian”, "Axşam qəzeti” kimi mətbu orqanlarının səhifələrində dərc olunmuşdur. O, V.P. Maksakovskinin "Dünyanın coğrafi mənzərəsi”, Robert Qrinin "Hakimiyyətin 48 qanunu” kitablarını doğma dilinə çevirmişdir. Gənc yazıçı-şairə-tərcüməçinin 2005-ci ildə ilk şeirlər kitabı "Gözləyir məni” sərlövhəsi altında çap olunmuşdur. Pərvin Vəzir Kəyani Ç. Abdullayevin "Manyakın idrakı”, "Xammurapi məcəlləsi”, "Döyüşçünün yolu” detektiv romanlarını, eləcə də, "Şərq və Qərb; fəlsəfələrarası körpü” beynəlxalq təşkilatı ilə əməkdaşlıq etməklə, Liviya yazıçısı Cübran Xəlil Cübranın "Tufan” adlı kitabından "Bal ilə qarışdırılmış zəhər”, "Tufan”, "İddialı bənövşə” və "Şair” hekayələrini, B.Əzizin "Azərbaycan və Ermənistan arasındakı münasibətlərin tarixi” kitabını da öz doğma dilinə tərcümə etmişdir. Müştərək müəllifliklə qələmə aldığı "Ürəyimin hökmü” tarixi-bədii dilogiya yazıçının ilk irihəcmli əsəridir. Bundan başqa gənc yazıçının vətənpərvərlik mövzusunda qələmə alınan və həmçinin də, cəmiyyətdə mövcud olan bir sıra problemləri əks etdirən "Canlı səs”, "Bir qəribin monoloqu”, "Ağacı qurd içindən yeyər”, "Vətən dağı” hekayələri, çoxlu sayda şeir və qəzəlləri də vardır.  Hal-hazırda yazıçı üç dildə - azəri, türk və rus dillərində yazıb-yaradır. Tərcüməçilik fəaliyyəti baxımından isə Pərvin Vəzir Kəyaninin rus və azəri klassiklərinin seçmə əsərlərindən tərcümələri mühüm yer tutur. Yazıçı-tərcüməçi bütün tərcümə mərkəzləri ilə sıx əməkdaşlıq etməklə yanaşı həm də tərcümə ilə bağlı fərdi sifarişləri də yüksək keyfiyyətlə yerinə yetirir. Bizimlə əlaqə: vezirkeani@rambler.ru, vizirkeani@mail.ru





























































































 


BÜTÜN HÜQUQLAR QORUNUB