Главная | Мой профиль | Регистрация | Выход | Вход | RSS Пятница, 06.02.2026, 23:56
Вы вошли как Гость | Группа "Гости"Приветствую Вас Гость

QARABAĞ

Главная » 2010 » Сентябрь » 23 » Страница 2
23:44
Страница 2

Ancaq tarixi keçmişi unutmaq və tarixi hadisələri danmaq olmaz. Bu gün tarixi həqiqətlərin üzə çıxarılmasına, gizli arxiv sənədlərinin araşdırılmasına, görkəmli tarixçilərin və antik müəlliflərin fundamental əsərlərində göstərilən faktların dünya ictimaiyyətinə çatdırılmasına çox böyük ehtiyac vardır. Bundan başqa tarixi qaynaqların və qiymətli mənbələrin üzə çıxarılması bu gün xüsusilə vacibdir. Vacibdir ona görə ki, planetimizin adamları, bütün bəşəriyyət bilməlidir ki, ermənilər kimdir, onlar haradan gəlib və qədim Azərbaycan torpaqlarında necə yerləşiblər, zaman - zaman necə olubdur ki, torpaqlarımızı mənimsəyib, yerli əhalini amansız formalarla məhv etmiş, ağır bəşəri cinayətlər, türk-azərbaycanlı əhalisini kütləvi şəkildə deportasiya etmişlər. Erməni millətçi ideoloqları fırıldaq yolu ilə Rusiyanın və Avropanın dövlət və hökumət başçılarını aldadaraq müxtəlif yalanlar uydurmuş, "yazıq” və "məzlum” xalq kimi gizli niyyətlərini hiyləgərliklə həyata keçirə bilmişlər.

            Lakin tarixi saxtalaşdırmaq olmaz. Tarixi hadisələrə olduğu kimi, obyektiv yanaşmaq, onu həqiqət dili ilə xalqa çatdırmaq gərəkdir. Ancaq təəssüflər olsun ki, ermənilər tarixi saxtalaşdıraraq, onu öz istəklərinə uyğun tərsinə çevirib yazıblar. Ancaq onlar tarix qarşısında cavab verəcəklər. Çünki tarix susan deyil.

            Ermənilərin azərbaycanlılara qarşı soyqırımı və deportasiya siyasətinin kökü XIX əsrin əvvələrindən başlamışdır bu günə qədər davam edir. Tarixi faktlar sübut edir ki, təkcə XX yüzillikdə azərbaycanlılar 4 dəfə milli ayrı-seçkilik və erməni şovinist siyasətinin hədəfi olmuş, deportasiyaya məruz qalmış, xalqımıza qarşı əsil soyqırımı və genosid siyasəti həyata keçirilmişdir. Azərbaycan türklərinə qarşı ilk soyqırımı və deportasiya siyasəti 1905-1907 1917-1918-, 1948-1953-, və 1988-1994-cü illərdə həyata keçirilmişdir.

            Məhz bu sonuncu dəfədə ermənilər özlərinin məkirli və çirkin niyyətlərinə nail ola bildilər, yəni bütün azərbaycanlı əhalinin zorakılıqla dədə-baba yurdlarından qovdular, türksüz "monoetnik Ermənistan” dövləti yarada bildilər. Ermənilərin hiyləgərliklə həyata keçirdikləri belə avanturist siyasət mədəni dunyanın gözü qarşısında baş verdi. Dünya ictimaiyyətini məharətlə aldadan və onlara özlərini "məzlum xalq” kimi göstərməyi bacaran erməni siyasətbazları yüzillərlə gizli saxladıqları məqsəd və arzularına çata bildilər. Bu gün dünya ictimaiyyəti bilməlidir ki, hal hazırda Yer kürəsində, yəni Planetimizdə təqribən 196 dövlət vardır. Onların heç birində "Monoetnik dövlət” yoxdur. Ancaq təəssüflər olsun ki, dünyanın yeganə ölkəsidir ki, yalnız Ermənistanda "monoetnik dövlət” mövcuddur. Halbuki indiki Ermənistan dövləti deyilən həmin ərazilər qədim dövrlərdən XX əsrin sonuna qədər Türk xalqlarının yaşadığı ərazi və azərbaycanlıların toplu halda yaşadığı dədə-baba yurdu olmuşdur.

            Ancaq unutmaq olmaz ki, 70 illik Sovet hakimiyyəti illərində erməni-bolşevik siyasəti nəticəsində on minlərlə azərbaycanlı günahsız qurbanlara çevrilmiş, onlara qarşı amansız repressiya həyata keçrilmişdir. Belə bir tarixi fakta diqqət verilməlidir ki, 1918-ci il Batum müqaviləsinə görə cəmisi 9 min kv.km. ərazisi olan Ermənistan bu gün Azərbaycanın işğal edilmiş əraziləri də daxil olmaqla 45 min kv.km-dən artıq əraziyə nəzarət edir.

            Sovet hakimiyyəti illərində tarixi Azərbaycan torpaqlarını ələ keçirən ermənilər Sovet Rusiyasının köməkliyi ilə 1948-1953-cü illərdə on minlərlə soydaşlarımızı yurd-yuvalarından qovub, deportasiya etdilər. Erməni millətçiləri işğal siyasətini ən incə və məkrli formalarla davam etdirib qondarma Dağlıq Qarabağ problemini yaratdılar və müharibəyə başlayıb çoxlu Azərbaycan torpaqlarını işğal etdilər. Ermənistanın silahlı qüvvələri Azərbaycanın əzəli və əbədi torpağı olan Dağlıq Qarabağ ərazisini, o cümlədən 7 ətraf rayonları (Laçın, Kəlbəcər, Zəngilan, Qubadlı, Cəbrayıl, Ağdam, Füzuli) işğal edib xarabazara çevirmişlər. Təcavüzkarlar bununla kifayətlənməyib Azərbaycanın qərb bölgəsində yerləşən Gədəbəy, Tovuz, Qazax, Ağstafa rayonlarının kəndlərini də dağıtmışlar, habelə Naxçıvan Muxtar Respublikasının Kərki kəndini işğal etmişlər. Hal-hazırda 12 rayonun 17 min kv.km ərazisi (Azərbaycan ərazisinin 1/5 hissəsi), 700 yaşayış məntəqəsi erməni silahlı qüvvələrinin işğalı altındadır. İşğal edilmiş həmin ərazilərdə ermənilər Azərbaycan xalqının tarixi – memarlıq abidələrini dağıtmış, vəhşilik və vandalizm törətmişlər. Bu gün tüğyan edən və işğalçılıq planlarını genişləndirən erməni faşizmi bütün dünya ölkələrinə ciddi xəbərdarlıq siqnali olmalıdır. Ona görə ki, , "...ermənilər Azərbaycanın işğal edilmiş yerlərində hər şeyi dağıdıblar... Erməni işğalçılarının faşizimdən heç bir fərqi yoxdur. Ona görə ölkələr dövlətlər, və xalqlar İkinci dunya müharibəsindən və onun nəticələrindən özləri üçün ibrət dərsi götürməlidirlər”.

            Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi bu gün Azərbaycan hökumətinin qarşısında iki mühüm vəzifə durur: birincisi ərazilərimizin işğaldan azad olunması, məcburi köçkünlərin öz doğma torpaqlarına qaytarılmasına nail olmaq ikincisi, azərbaycanlıların soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, hiyləgər erməni təbliğatının saxta tezislərini ifşa etmək.

            Ermənilərin yalançı və hiyləgər, ikiüzlü və riyakar, fitnəkar və araqarışdıran olmaları barədə lap qədimdən dünyanın tanınmış alimləri və mütəfəkkirləri çox demiş, çox yazmışlar. Bu gün dünya ictimaiyyətini aldadan və olmayan "erməni soyqırımı” nı dünyaya sırıyan erməni yalanlarını ifşa etmək üçün dünyanın tanınmış alim və mütəfəkkirlərinin, dövlət və hökumət rəhbərlərinin, ictimai-siyasi və dövlət xadimlərinin əsərlərindən, məruzə və çıxışlarından istifadə etməklə onların fikirlərinin toplanaraq geniş oxucuların istifadəsinə verilməsi zəruridir. Düşünürük ki, həmin faktları və arqumentləri biləndən sonra bütün dünya anlayacaq ki, ermənilər kimdir, və haradan gəlib, qədim türk yurdu olan Şimali və Qərbi Azərbaycan (indiki Ermənistan) ərazisində necə məskunlaşmışlar və qonşularına qarşı necə xain əməllər törətmiş, türklərə və azərbaycanlılara qarşı hansı soyqırımlar həyata keçirmişlər. Bu tarixi həqiqətləri biləndən sonra dünya ictimaiyyəti özü erməni millətçilərinin məkrli siyasətini lənətləyəcək. O zaman tarixi həqiqət qalib gələr.

            Bütün dünya bilməlidir ki, erməni silahlı orduları tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarından çıxarılmasına dair BMT təhlükəsizlik Şurasıın 1993-cü ildə qəbul etdiyi 822, 853, 874, 884 nömrəli qətnamələrin tələblərini indiyədək yerinə yetirməyiblər. Bu, onu göstərir ki, eməni tərəfi BMT Təhlükəsizlik Şurasının qərarını kobud şəkildə pozur və onu saymır.

            Artıq bu gün bütün dünya ictimaiyyətinə, dünyanın hökumət və dövlət başçılarına sirr deyilki, erməni daşnakları və yalançı erməni liderləri özlərinin uydurduqları xəyali "böyük Ermənistan” dövləti yaratmaq yolunda neçə-neçə insanın, görkəmli siyasi xadimlərin, qanlı terror yolu ilə məhv edilməsinə, on minlərlə günahsız adamların ölümünə bais olmuş, mənasız milli-məhəlli müharibələrin baş verməsinin günahkar təşkilatçısına çevrilmişlər. Erməni ideoloqları heç nədən utanıb çəkinmədən öz məqsədlərini həyasız şəkildə bəyan edir və onun həyata keçirilməsi üçün bütün çirkin əməllərdən çəkinməyəcəklərini bildirirlər.

            Hələ 1918-ci ildə daşnak partiyasının təhriki ilə ABŞ senatına təqdim edilən layihədə "böyük Ermənistan” ın tərkibinə aşağıdakı ərazilər daxil edilmişdir.

            1.  Türkiyənin altı vilayəti və Kilikiyadan ibarət "Türkiyə Ermənistan”ı.

            2.  "Qafqaz Ermənistan”ı.

            3. Cənubi Azrbaycanın Şimal və Şimal-Qərb hissələrindən ibarət "İran Ermənistan”ı.

            1919-cu ildə ermənilərin nəşr etdirdiyi layihə əsasında "böyük Ermənistan” ın xəritəsi tərtib edilmişdir. Həmin xəritədə Ermənistan Trabzon və Samsundan, Qara dənizə və İsgəndəriyyə körfəzindən Ağ dənizə çıxdığı kimi, Xəzər dənizinə  də çıxır.. Gəncə şəhəri yaxınlığından başlayaraq Kür çayı ilə Xəzər dənizinə qədər uzanan xəttin cənubundakı Salyan, Lənkəran, Muğan, Mil, Qarabağ, Zəngəzur, Gəncə mahalının dağlıq hissəsi, Naxçıvan, Ordubad, cənubi Azərbaycandan isə Astara, Ərdəbil, Qaradağ, Təbriz, Xoy, Maku, Salmas və Urmiya ərazilərini əhatə edir.

            Beynəlxalq ictimaiyyət çox gözəl bilir ki, dünyada 2 eyni adlı dövlət yaradıla bilməz. Ancaq bu mənbədən istifadə edərək dünya dövlətlərinə çatdırmaq istəyirik ki, hörmətli cənablar, baxın, görün ermənilərin həyasızlığı o yerə çatıb ki, birdən birə 3 daşnaq erməni dövləti yaratmaq xəyalındadırlar.

            "Ermənilər üçün sərhəd yoxdur” – deyən daşnaq partiyasının liderləri hələ 1908-ci ildə yazırdılar ki, "dənizdən-dənizə” adlandırılan üç dəniz – Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi vasitəsilə dünya okeanlarına çıxmaq, bu üç dəniz arası bütün ərazilər, Rusiyanın cənub əraziləri də daxil olmaqla xəyali "böyük Ermənistan” ərazisinə daxildir. Bu istiqamətdə erməni daşnaqları güclü təbliğatlar aparmış, uydurmalar, yalanlar və saxta sənədlər düzəldərək dünya ictimaiyyətinə çatdırmış, dövlət başçılarını aldadaraq bəzən fırıldaq və bəzən də dövlət və hökumət başçılarına qiymətli hədiyyələr və bəxşişlər vermək yolu ilə istəklərinə müəyyən qədər nail ola bilmişlər.

Просмотров: 358 | Добавил: danimarka
BÜTÜN HÜQUQLAR QORUNUB